KXDR kosmik proqramı raket proqramına bəhanə kimi istifadə edir?

2017/12/ruski-vojni-satelit-6456_150909056623452345_1514275515.jpg
Oxunub: 384     16:03     26 Dekabr 2017    
Şimali Koreya “sülhməramlı” kosmik inkişaf proqramını davam etdirməyə niyyətlidir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Şimali Koreya özünün kosmik inkişaf proqramını davam etdirmək üçün “fərqli” vasitələrdən istifadə edir.

Belə ki, ekspertlərin xəbərdarlıqlarına görə KXDR peyk adı altında yeni raket sınağı həyata keçirməyi planlaşdırır. Milad günü Pxenyan öncəki peyk atışlarının qanuni haqqı olduğu fikrini müdafiə etdi. “Təcrid olunmuş krallıq” bunu nüvə ambisiyasını davam etməyə bir bəhanə kimi olaraq istifadə edir? Şimali Koreyanın kosmik inkişaf proqramına olan aqressiv marağı yeni qorxular ortaya çıxarır.

KXDR-in hakim partiyası Fəhlə Partiyasının rəsmi qəzeti “The Rodong Sinmun” dekabrın 25-də bildirib ki, 2016-cı ilin fevralında “Kwangmyongsong-4” peykinin buraxılması Pxenyanın kosmos yarışında ilk ciddi addımı idi. Özünü haqlı çıxarmaq istəyən qəzet Əlcəzayir və Venesuela kimi dünyanın digər kiçik dövlətlərinin də həmin kosmos yarışına qatıldığını bildirib.

“Bizim kosmosa peyk çıxarmağımız suverenlik və bərabərlik mövzusunda başlıca haqların yer aldığı BMT nizamnaməsinə və kosmosun sülh məqsədilə istifadəsini tələb edən beynəlxalq hüquqa tam uyğundur. Ölkəmiz bütün dünyada trend olan kosmik inkişaf proqramlarına uyğunlaşmaq yolunda qətiyyətlə irəliləyir”, - deyə qəzet öz yazısında əlavə edir.

Son dövrlərdə Çin və Yaponiya kimi qonşularının nəzarət peykləri də daxil, kosmosa çoxistifadəli peyklər göndərməsindən sonra Şimali Koreyada kosmik inkişaf proqramlarına maraq önəmli şəkildə artıb.

Seuldakı Milli Təhlükəsizlik Strategiyası İnstitutunun tədqiqatçısı Ço Sunq-rul bildirib ki, KXDR peyk məsələsinin öz haqqı olduğunu iddia etsə də, bu onun gələcək uzaq mənzilli raketlər hazırlama planının bir hissəsi də ola bilər.


Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Kwangmyongsong-4  


Bizi "telegram"da izləyin