Ordu.az “Moskovskiy komsomolets” nəşrinə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Hərbi Dairə qoşunlarının komandanı, general-leytenant Aleksandr Lapin bəyan edib.
“Suriya Respublikasında göstərilən fəaliyyət təcrübəsi bütün növ praktiki təminat daxil olmaqla Mərkəzi Hərbi Dairənin hərbi idarəetmə orqanları və qoşunların operativ və döyüş hazırlığında maksimal şəkildə istifadə ediləcək”, - deyə Lapin bildirib.
General qeyd edib ki, yeni ildə həmçinin raket qoşunlar və artilleriya bölmələrinin heyətində kəşfiyyat-zərbə komplekslərindən istifadənin təkmilləşdirilməsinə xüsusi diqqət göstəriləcək.
“Həmçinin rota və batareya komandirləri xidmət müddətinin ən azı 90 faizini poliqonlarda əsgərlərin hazırlığına sərf edərək keçirəcəklər”, - deyə Lapin əlavə edib.
Ağalar Qəribov
Ordu.az