"MHD" sözünə uyğun 13 nəticə tapıldı!

Rusiya hərbi pilotları təlimlər keçirib

2017/12/rusiya-suriya-tecrubesi-esasinda-yeni-helikopter-istehsal-edib-192524565_1512972459.jpg
Oxunub: 689     14:05     11 Dekabr 2017    
Çelyabinskdə Rusiya Mərkəzi Hərbi Dairəsinin hərbi pilotları təlimlər çərçivəsində gecə saatlarında şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınmağa dair məşqlər ediblər.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün Mərkəzi Hərbi Dairənin mətbuat xidməti məlumat yayıb.

“Mi-24 zərbə helikopterləri, Mi-26 və Mi-8 nəqliyyat döyüş helikopterlərinin ekipajları ərazinin relyefinə uyğun olaraq, aşağı yüksəklikdə uçuşlar həyata keçiriblər. Pilotlar şərti düşmənin hava hücumundan müdafiə vasitələrinin zərbələrindən yayınmaq üzrə müxtəlif çətinlikdə manevrlər yerinə yetiriblər”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, təlimlərdə 20-dən çox helikopterdən istifadə olunub.

Ordu.az


Teqlər: Pilot   Təlim   MHD