SEPAH ABŞ tərəfindən aqressiya yenidən başlanacağı halda hərbi əməliyyatlara hazır olduğunu bəyan edib

2026/05/1779081080.jpg
Oxunub: 204     13:34     19 İyun 2026    
İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ, İsrail və onların müttəfiqləri tərəfindən mümkün yeni aqressiya halında hərbi əməliyyatlara hazır olduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, “əgər hiyləgər düşmən yenidən əvvəlki kimi həddindən artıq iddialarını irəli sürməyə və İran xalqının hüquqlarını pozmağa cəhd göstərərsə, İslam İnqilabı Keşikçiləri Korpusunun döyüşçüləri quruda, dənizdə, havada və hibrid müharibənin bütün sahələrində əvvəlkindən daha böyük güclə cavab verməyə hazırdırlar”.

Sənəddə vurğulanıb ki, çoxsaylı döyüşlərin təcrübəsinə malik qüvvələr cəsur və müdrik komandanın ən kiçik göstərişi ilə belə düşmənə daha ağır və tarixi məğlubiyyət yaşatmağa hazırdır.

Məlumata görə, İran və ABŞ iyunun 18-nə keçən gecə məsafədən memorandum imzalayıblar. Sənəd fevralın 28-də başlanmış hərbi münaqişənin başa çatdırılmasını nəzərdə tutur.

Memorandumda həmçinin ABŞ-nin dəniz blokadasını nə vaxt ləğv edəcəyi və İranın Hörmüz boğazında gəmiçiliyi hansı müddətdə bərpa edəcəyi ilə bağlı müddətlər də müəyyənləşdirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   ABŞ   İran  


Bizi "telegram"da izləyin