Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin informasiya təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Andrey Kurtskix bəyan edib.
“Təssüf ki, rəqəm təsdiqini tapdı – hər il Rusiyanın dövlət resurslarına 70 milyondan çox kiber hücum baş tutur”, - deyə Kurtskix bu gün kiber təhlükəsizlik mövzusunda konferensiyada çıxış edərkən bildirib.
Onun sözlərinə görə, növbəti il qırılma nöqtəsi ola bilər.
“Əgər bir razılığa gəlməsək və ən azından danışıqlar nəticəsində fəaliyyət göstərən mezanizm yarada bilməsək, narahat olmaq üçün səbəb qalmayacaq: Üçüncü Dünya Müharibəsi dağlar arxasında deyil”, - deyə Kurtskix vurğulayıb.
Ağalar Qəribov
Ordu.az