Ermənistanın Baş Qərargah rəisi vəzifəsindən azad ediləcək

2017/12/FotorCreated734534_1512716651.jpg
Oxunub: 443     14:50     08 Dekabr 2017    
Ermənistanın baş qərargah rəisi vəzifəsindən azad ediləcək.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yaxın günlərdə Ermənistan ordusunun baş qərargah rəisi general-leytenant Movses Hakopyan tutduğu vəzifəsindən azad edilə bilər.

Onun fəaliyyəti erməni iqtidarını müxtəlif səbəblərdən qane etmir. Böyük ehtimala görə, Movses Hakopyanı, işğal altında olan Qarabağdakı qondarma qurumun qanunsuz hərbi birləşməsinin "komandiri" Levon Mnatsakanyan əvəz edəcək.

Məlumata görə, hazırda Levon Mnatsakanyanla Movses Hakopyan arasında kifayət qədər gərgin münasibətlər mövcuddur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   BQR  


Bizi "telegram"da izləyin