Gürcüstan parlamentinin sədri Avropa Parlamentinin bəyanatlarını faşist adlandırıb

2026/06/1781283163.jpg
Oxunub: 209     14:08     25 İyun 2026    
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa Parlamentinin Avropa İttifaqı ilə vizasız rejimin yalnız Gürcüstanın müəyyən vətəndaşları üçün saxlanılması ilə bağlı mövqeyini faşist adlandırıb.

Ordu.az xəbər verir ki, Şalva Papuaşvili bu barədə “Rustavi 2” televiziya kanalının efirində danışıb.

“Fikrimcə, bu artıq əsl qalmaqaldır. Rəsmi sənədlərdə biz sadəcə faşist bəyanatları deyil, birbaşa faşist çağırışları görürük. Avropa Parlamenti gürcü xalqını parçalamağa və onu jurnalistlər, tələbələr və fəallar kimi ayrı-ayrı sosial qruplara bölməyə çağırır. Onlar istəyirlər ki, bu üç qrup Avropa İttifaqı tərəfindən fəhlələrdən, kəndlilərdən, mühəndislərdən və həkimlərdən daha çox hüquqlara malik olsun. Bu, faşizmdən başqa bir şey deyil”, - deyə o bildirib.

Siyasətçinin sözlərinə görə, bu təşəbbüs mahiyyət etibarilə cəmiyyəti müxtəlif hüquqlara malik təbəqələrə bölmək cəhdidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Papuaşvili  


Bizi "telegram"da izləyin