ABŞ ərəb ölkələrinin dəstəyi ilə İranla konstruktiv dialoq qurmaq istəyir

2026/06/1780511165.jpg
Oxunub: 198     14:15     25 İyun 2026    
“ABŞ administrasiyası ərəb ölkələrinin dəstəyi ilə İran hakimiyyəti ilə konstruktiv dialoq qurmağa və bir sıra razılaşmalar əldə etməyə ümid edir”.

Ordu.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Bəhreyndə Fars körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının tərəfdaşları ilə keçirilən çoxtərəfli görüşdə çıxışı zamanı bildirib.

“ABŞ bu gün bu masa arxasında toplaşan bəzi tərəfdaşların dəstəyi ilə konstruktiv dialoq qurmaq və ümid edirik ki, İranla razılaşmalar əldə etmək imkanından istifadə etmək niyyətindədir. Ümid edirik ki, bu, çox müsbət nəticələr verəcək. Bizim ümidimiz budur, buna açığıq və buna hazırıq”, - deyə ABŞ xarici siyasət idarəsinin rəhbəri bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ərəb-ölkələri   Rubio  


Bizi "telegram"da izləyin