" Venesuela " sözünə uyğun nəticə tapıldı!

"Venesuela" - (92 )

Venesuela hərbçiləri ABŞ təyyarələrinin sentyabr ayında 54 dəfə kəşfiyyat apardığını deyirlər

2019/09/71135-1569839763.jpg
Oxunub: 742     15:01     30 Sentyabr 2019    
“ABŞ təyyarələri sentyabr ayında 54 dəfə xəbərdarlıq etmədən Venesuelanın hava məkanına daxil olaraq kəşfiyyat aparıb”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Bolivar Milli Silahlı Qüvvələrinin Strateji Komandanlıq Əməliyyatları başçısı Remiqio Keballos bildirib.

O əlavə edib ki, 10-28 sentyabr tarixlərində ölkədə keçirilən hərbi təlimlər zamanı da Venesuela radarları xarici təyyarələr aşkarlayıb.

Xatırladaq ki, iyul ayında Venesuela Müdafiə Nazirliyi məlumat yayıb ki, ilin əvvəlindən ABŞ təyyarələri 75 dəfə Venesuelanın hava məkanına icazəsiz daxil olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Venesuela   ABŞ   Kəşfiyyat