Fariz İsmayılzadə: "Azərbaycan yeni regional təşkilatların yaradılmasında əsas təşəbbüskarlardandır"

2026/06/17670-1782288526.jpg
Oxunub: 175     11:48     24 İyun 2026    
Azərbaycan yeni regional təşkilatların yaradılmasında əsas təşəbbüskarlardan biridir.

Ordu.az xəbər verir ki, bunu deputat Fariz İsmayılzadə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Azərbaycan orta güc kimi: xarici siyasət, regional təsir və qlobal iştirak" adlı konfransda "Azərbaycanın orta güc kimi regional və qlobal rolunun təzahürləri" adlı paneldə çıxışı zamanı deyib.

O bu kontekstdə Azərbaycan diplomatiyasının olduqca önəmli əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb:

"Azərbaycan Cənubi Qafqazda sülh təşəbbüsünün yaradıcısı olmaqla yanaşı, onu inkişaf etdirən dövlətdir. Eləcə də Azərbaycanın bir çox münaqişələr üçün danışıqların mərkəzinə çevrildiyini də görürük. Bir sözlə, illər keçdikcə Azərbaycanın regionda sülhməramlı missiyası və mediatorluğu artır".

F.İsmayılzadə Azərbaycanın müxtəlif inkişaf proqramlarında iştirakını sülhə töhfə verən amil kimi dəyərləndirib.

"Azərbaycanın enerji və nəqliyyat siyasəti də bu gün beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Regiondakı gərginlik fonunda Azərbaycan hava nəqliyyatı məsələsində də önəmli faktor olduğunu isbat edib", - o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fariz-İsmayılzadə  


Bizi "telegram"da izləyin