ABŞ-də “Qızıl Günbəz” raketdən müdafiə sistemi uğurla sınaqdan keçirilib

2026/03/1774343094.jpg
Oxunub: 254     11:55     24 İyun 2026    
ABŞ-də ilk dəfə olaraq “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaqdan keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ müharibə naziri Pit Heqset sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, “Qızıl Günbəz” layihəsi çərçivəsində keçirilən ilk sınaq uğurla başa çatıb və o, bu prosesin şahidi olmaqdan qürur duyduğunu bildirib.

Heqset qeyd edib ki, sınaq zamanı qabaqcıl istiqamətləndirilmiş enerji texnologiyasından istifadə olunub.

Müdafiə naziri vurğulayıb ki, bütün proses əvvəlcədən müəyyən edilmiş qrafikə uyğun həyata keçirilib.

Onun sözlərinə görə, sistem pilotsuz uçuş aparatları və qanadlı raketlər də daxil olmaqla bütün hədəfləri dinamik şəkildə məhv etməyi bacarıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Qızıl-Günbəz  


Bizi "telegram"da izləyin