Peskov ABŞ və İranı danışıqlar masasına qayıtmağa çağırıb

2026/06/1780655144.jpg
Oxunub: 194     14:35     11 İyun 2026    
Rusiya ABŞ və İran arasında münasibətlərin yenidən gərginləşməsindən narahatdır və tərəfləri təmkin nümayiş etdirməyə çağırır.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə bildirib.

Peskov qeyd edib ki, Moskva yaranmış vəziyyəti narahatlıqla izləyir və münaqişənin bütün iştirakçılarını təmkinli davranmağa çağırır.

Kreml rəsmisi tərəflərin yenidən danışıqlar prosesinə qayıtmasının vacibliyini vurğulayıb və diplomatik həll yolunun üstün tutulmasının zəruriliyini qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   ABŞ   İran  


Bizi "telegram"da izləyin