Ordu.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova açıqlama verib.
Onun sözlərinə görə, seçkilərin müşahidəsi çərçivəsində Ermənistanda Rusiya MSK-nın iki üzvü, eləcə də ərazi seçki komissiyalarının 24 nümayəndəsi fəaliyyət göstərib.
“Onların hamısı özlərini yüksək səviyyədə göstərdilər. İş səhər tezdən gecə saatlarınadək davam edirdi. Çətinliklər çox idi, pozuntular da az deyildi. Açıq deməliyik ki, bunlar ciddi pozuntular idi”, - deyə Pamfilova komissiyanın iclasında bildirib.
Alpər Mövludoğlu
Ordu.az