Ordu.az xəbər verir ki, Paşinyan iyunun 11-də keçirdiyi brifinqdə seçkilərlə bağlı danışarkən bu mövzuya toxunub.
Ermənistanın baş naziri bildirib ki, hüquq sistemi cəmiyyət qarşısında hesabat verməlidir və müxalifət nümayəndələrinin azadlıqda qalmasını tənqid edib. Onun sözlərinə görə, əvvəlki seçkilərdə seçki pozuntularına yol verdiyini iddia etdiyi şəxslər məsuliyyətə cəlb olunmalı idi.
Paşinyan “Vətəndaş Müqaviləsi” partiyasının seçicilərdən tam şəkildə “üzvi səs” aldığını iddia edib və müxalifətin əldə etdiyi nəticələrin seçki pozuntularının təsiri altında formalaşdığını bildirib.
O, həmçinin məhkəmə-hüquq sisteminin fəaliyyətini sərt tənqid edərək korrupsiya ilə mübarizənin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Paşinyan çıxışının məhkəmələrə təzyiq kimi qiymətləndirilməsi ilə bağlı suala cavabında özünü xalqın legitim nümayəndəsi adlandırıb və korrupsiyada ittiham olunan hakimlərin məsuliyyətə cəlb ediləcəyini bəyan edib.
Alpər Mövludoğlu
Ordu.az