Ordu.az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.
"Regionda ABŞ qüvvələrinin təcavüzünün yaratdığı gərginlik, eləcə də İran silahlı qüvvələrinin ötən gecə verdiyi bəyanatla əlaqədar olaraq, Hörmüz boğazı növbəti xəbərdarlığa qədər bağlı qalacaq", - məlumatda bildirilib.
Qurum həmçinin boğazdan keçmək üçün artıq icazə almış gəmiçilik şirkətlərinə və gəmi operatorlarına müraciət edərək sonrakı təlimatları gözləmələrini xahiş edib.
Hörmüz boğazı neft və mayeləşdirilmiş təbii qazın nəqli üzrə dünyanın ən vacib marşrutlarından biridir. Fars körfəzi ölkələrindən qlobal enerji daşıyıcıları ixracının əhəmiyyətli hissəsi oradan keçir. Boğazın bağlanması qlobal enerji bazarlarına və beynəlxalq gəmiçiliyə ciddi təsir göstərə bilər.
Ordu.az