Pakistanda hərbi helikopterin qəzaya uğraması nəticəsində 22 hərbçi ölüb

2026/01/Ekran-1767777492.jpg
Oxunub: 203     13:53     11 İyun 2026    
İyunun 10-da Pakistanda, Müzəffərabad yaxınlığında Mi-17 hərbi helikopterinin qəzaya uğraması nəticəsində azı 22 hərbi qulluqçu həlak olub.

Ordu.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Pakistanın təhlükəsizlik xidmətlərindəki mənbələr məlumat verib.

Onların məlumatına görə, həlak olanlar arasında 19 əsgər, bir mayor və iki polkovnik var.

Xatırladaq ki, ötən gün Pakistanda ordu aviasiyasının "Mi-17" helikopteri qəzaya uğrayıb. İlkin olaraq müəyyən edilib ki, helikopter texniki nasazlıq səbəbindən havaya qalxarkən qəzaya uğrayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Helikopter   Qəza  


Bizi "telegram"da izləyin