Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Rusiya, Ukrayna, Avropa və ABŞ nümayəndələrinin iştirakı ilə keçirilməsi planlaşdırılan danışıqlar artıq iyul ayında baş tuta bilər.
Nəşrin yazdığına görə, Avropa liderləri gələn həftə keçiriləcək G7 sammiti zamanı Donald Trampla görüşlərdən istifadə edərək ABŞ prezidentinin dəstəyini əldə etməyə çalışacaqlar.
Mənbələrin sözlərinə görə, Avropa tərəfi hesab edir ki, Trampın təkliflərə dəstək verməsi Rusiyanı Avropa, ABŞ və Ukrayna nümayəndələri ilə danışıqlar masasına əyləşməyə sövq edə bilər.
Avropalı rəsmilər belə danışıqların artıq iyul ayında başlaya biləcəyini düşünürlər.
Sevinc Əliyeva
Ordu.az