Ordu.az xəbər verir ki, bu barədə Quterreş “X” sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, İran ordusunun Hörmüz boğazının tam bağlanacağını açıqlamasından sonra bölgədə yaranmış vəziyyət qlobal sabitliyə təsir göstərir.
Quterreş qeyd edib ki, Hörmüz boğazında və ətraf ərazilərdə gəmiçilik hüquq və azadlıqlarının məhdudlaşdırılması bütün dünyada çətinliklər və qeyri-sabitlik yaradır.
Baş katib beynəlxalq hüquqa uyğun şəkildə gəmiçilik azadlıqlarının bərpasının vacibliyini vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az