Ordu.az-ın məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.
Nazirlikdən qeyd olunub ki, Birləşmiş Ştatların son saatlarda həyata keçirdiyi hücumlar nəinki açıq-aşkar pozuntudur, həm də atəşkəsi praktiki olaraq mənasız edir.
"Bu cinayət əməlinin son dərəcə ciddi nəticələrinə görə məsuliyyət Birləşmiş Ştatların rəhbərliyinin üzərinə düşür", - XİN-dən bildiriblər.
Ordu.az