ABŞ diplomatının meyiti Myanmanın ən böyük şəhərində tapılıb

2026/06/1781179971.jpg
Oxunub: 170     16:11     11 İyun 2026    
Myanmanın ən böyük şəhəri olan Yanqonda ABŞ səfirliyinin əməkdaşının meyiti aşkarlanıb.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, diplomat təxminən iki həftə əvvəl şəhərdəki hotellərdən birində ölü vəziyyətdə tapılıb.

ABŞ Dövlət Departamenti məlumatı təsdiqləsə də, hadisə ilə bağlı əlavə təfərrüat açıqlamayıb.

Agentliyin bildirdiyinə görə, diplomatın ölümü ilə əlaqədar Tailand vətəndaşı olan bir qadın saxlanılıb.

Yerli hüquq-mühafizə orqanları hadisəni qətl ehtimalı üzrə araşdırır və istintaq tədbirləri davam etdirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Myanma  


Bizi "telegram"da izləyin