BƏƏ İranın Bəhreyn, Küveyt və İordaniyaya yeni raket və PUA hücumlarını pisləyib

2025/10/1761905784.jpg
Oxunub: 166     14:50     11 İyun 2026    
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın Bəhreyn, Küveyt və İordaniyaya raket hücumlarını və pilotsuz uçuş aparatları (PUA) ilə endirdiyi zərbələri qətiyyətlə pisləyib.

Bu barədə Ordu.az BƏƏ-nin Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki rəsmi bəyanatına istinadən xəbər verir.

XİN-in bəyanatında deyilir ki, bu, "üç qardaş dövlətin suverenliyinin kobud şəkildə pozulmasıdır və onların təhlükəsizliyi və sabitliyinə birbaşa təhdid yaradır.

BƏƏ zərər çəkmiş ölkələrlə tam həmrəyliyini bildirib və onların öz maraqlarının müdafiəsi üçün gördükləri bütün tədbirləri dəstəklədiyini bəyan edib.

Bəyanatda həmçinin qeyd olunub ki, Yaxın Şərqdə davam edən gərginlik fonunda Əbu-Dabi regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə dəyişməz sadiqliyini bir daha təsdiqləyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   İran   PUA  


Bizi "telegram"da izləyin