Ordu.az "Reuters"ə istinadən xəbər verir ki, bunu İtaliyanın Baş naziri Corcia Meloni gələn həftə keçiriləcək Aİ sammiti və G7 liderlərinin görüşü ərəfəsində parlamentdə çıxış edərkən bildirib.
İyunun 7-də E3 qeyri-rəsmi əməkdaşlıq formatına daxil olan Böyük Britaniya, Fransa və Almaniya liderləri Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb və atəşkəsə nail olmaq üçün Rusiya ilə danışıqların aparılması barədə Kiyevin təklifini dəstəklədiklərini bildiriblər.
Ukraynanı ardıcıl olaraq dəstəkləyən C.Meloni bildirib ki, münaqişəyə son qoymaq üçün Avropa Moskva ilə qarşılıqlı əlaqədə olmalıdır, lakin heç bir məhdud dövlət qrupu "hamının adından danışmaq legitimliyinə" malik deyil.
"Mən uzun müddətdir ki, Avropanı təmsil etmək üçün Avropa İttifaqına üzv olan bütün dövlətlərin etimadına və mandatına malik nüfuzlu bir şəxsin müəyyən edilməsinin zəruriliyini müdafiə edirəm", - o bildirib.
C.Meloni, həmçinin vurğulayıb ki, Ukraynada sülhə nail olmaqla bağlı səylər Avropa ilə ABŞ arasında daha sıx koordinasiya tələb edir.
Baş nazir öz çıxışında ABŞ və İran arasındakı münaqişə mövzusuna da toxunub. Onun sözlərinə görə, Hörmüz boğazında davam edən gərginlik dünya iqtisadiyyatına təzyiq göstərir.
C.Meloni vurğulayıb ki, əgər Tehran danışıqlara hazır olduğunu nümayiş etdirəcəyi təqdirdə Avropa İrana qarşı sanksiyaları yumşaltmağa hazır olmalıdır.
Ordu.az