Ermənistan Müdafiə Nazirliyinin zabiti ölüb

2026/06/1781173841.jpg
Oxunub: 181     14:31     11 İyun 2026    
Ermənistan Müdafiə Nazirliyinin zabitlərindən biri olan N.A.-nın ölümü ilə bağlı cinayət işi başlanılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Qurumdan bildirilib ki, hadisə ilə əlaqədar cinayət işi açılıb və hazırda ilkin istintaq tədbirləri həyata keçirilir.

Yerli KİV-in yaydığı məlumata görə, erməni zabit iyunun 10-da Bağramyan hərbi təlim meydanında tank təlimləri zamanı ölüb.

Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN   Zabit  


Bizi "telegram"da izləyin