IRIB: İran Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasına PUA-larla hücum edib

2026/04/1776755797.jpg
Oxunub: 230     09:53     11 İyun 2026    
İran ordusunun Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasına qarşı Pilotsuz Uçuş Aparatı (PUA) hücumu həyata keçirdiyi bildirilir.

Ordu.az xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti IRIB məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ABŞ ordusunun İranın cənubuna müdaxiləsindən sonra Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması İran ordusunun PUA hücumlarına məruz qalıb.

Bildirilir ki, hücum zamanı rabitə antenləri və radiolokasiya sistemləri vurulub.

Hadisə ilə bağlı müstəqil təsdiq hələlik mövcud deyil.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Bəhreyn   ABŞ  


Bizi "telegram"da izləyin