SEPAH Hörmüz boğazında iki “qanun pozan gəminin” vurulduğunu açıqlayıb

2026/04/1775835700.jpg
Oxunub: 253     09:37     11 İyun 2026    
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazı bölgəsində iki gəminin hədəfə alındığını bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.

İran tərəfinin iddiasına görə, söhbət boğazdan “qanunsuz şəkildə keçməyə çalışan” iki gəmidən gedir.

Bildirilib ki, həmin gəmilərin fəaliyyəti dəniz nəqliyyatının təhlükəsizliyinin təmin olunması çərçivəsində dayandırılıb.

Hadisə ilə bağlı müstəqil təsdiq yoxdur və gəmilərin hansı ölkəyə məxsus olduğu barədə məlumat açıqlanmayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   Hörmüz  


Bizi "telegram"da izləyin