Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilib.
Məlumata görə, Cənubi Koreya 70 ədəd AIM-120C-8 AMRAAM raketi və iki ədəd AIM-120C-8 idarəetmə bloku almaq üçün müraciət edib.
Açıqlamada qeyd olunub ki, sözügedən satış Cənubi Koreyanın müdafiə qabiliyyətinin gücləndirilməsinə xidmət edəcək.
Bununla yanaşı, satışın qüvvəyə minməsi üçün ABŞ Konqresinin də təsdiqi tələb olunur.
Qanunvericiliyə əsasən, Konqresə təqdim olunan silah satışları üzrə 15 günlük etiraz müddəti müəyyən edilir. Bu müddət ərzində hər hansı etiraz olmazsa, satış rəsmən həyata keçirilir.
Sevinc Əliyeva
Ordu.az