Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrin məlumatına görə, partiya nümayəndələri iyunun 7-də keçirilən seçkilərin nəticələrini qələbə kimi təqdim etsələr də, daxildə çoxları bu nəticələri uğursuzluq hesab edir. Bildirilir ki, göstərilən səylərə baxmayaraq parlamentdə təkbaşına çoxluq əldə olunmaması partiya üzvlərində narazılıq yaradıb.
“Əgər müxalifət parlament mandatlarını qəbul etməzsə, hakimiyyət legitimlik problemləri ilə üzləşə bilər. Gələcəkdə geosiyasi şərait dəyişərsə, təkpartiyalı parlament və demokratik geriləmə iddiaları yenidən gündəmə gətirilə bilər.
Məlumata görə, “Vətəndaş Müqaviləsi” partiyasında siyahının 90-cı sırasınadək olan namizədlərin parlamentə daxil olacağına inanırlar. Bunun səbəbi kimi ən azı 25-30 deputatın icra hakimiyyəti strukturlarında vəzifə tutmaq üçün parlamentdən ayrılacağı göstərilir”, - deyə müəllif qeyd edib.
Nəşr yazır ki, bu səbəbdən hakim partiyanın parlament fraksiyasında bir sıra yeni simalar görünəcək. Onların arasında partiya aparatının əməkdaşları, yerli özünüidarəetmə orqanlarının nümayəndələri və müxtəlif dövlət qurumlarında çalışan şəxslər də var.
Həmçinin qeyd olunur ki, əgər “Çiçəklənən Ermənistan” Partiyası da parlamentə keçə bilsə, “Vətəndaş Müqaviləsi” fraksiyasının mandatlarının sayı 61-ə çata bilər.
Alpər Mövludoğlu
Ordu.az