Ordu.az xəbər verir ki, bu barədə “Axios” portalının müxbiri Barak Ravid mənbələrə istinadən məlumat yayıb.
ABŞ rəsmisinin sözlərinə görə, bütün hədəflər İranın cənubunda yerləşib və HHM elementlərini, radarları, eləcə də PUA-ların idarə olunmasına cavabdeh bölmələri əhatə edib.
Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrana əlavə zərbələrin başladığını elan etmiş və bu əməliyyatları “özünümüdafiə məqsədli fəaliyyətlər” adlandırmışdı.
Sevinc Əliyeva
Ordu.az