Hörmüz boğazının bütün gəmilər üçün bağlandığı iddia olunur

2026/05/1779768577.jpg
Oxunub: 246     09:33     11 İyun 2026    
İranın “Pars Today” agentliyi Hörmüz boğazının bütün gəmilərin hərəkəti üçün bağlandığını bildirib.

Ordu.az agentliyə istinadən xəbər verir ki, “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahı bununla bağlı bəyanat yayıb.

Bildirilib ki, regiondakı təhlükəsizlik təhdidləri və ABŞ-nin davam edən fəaliyyətləri səbəbindən neft tankerlərinin və ticarət gəmilərinin keçidi dayandırılıb.

Açıqlamada qeyd olunub ki, boğazda istənilən hərəkət düşmən fəaliyyəti kimi qiymətləndiriləcək və hədəfə alınaraq məhv edilə bilər.

Bununla yanaşı, ABŞ-nin həmin ərazidə gəmilərin sərbəst hərəkəti ilə bağlı bəyanatları da təkzib olunub.

Qeyd edək ki, Hörmüz boğazının tam bağlanması ilə bağlı məlumat hazırda rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   İran   ABŞ  


Bizi "telegram"da izləyin