Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Tramp Fransada keçirilən G7 sammiti çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, əvvəlcə sazişi Konqresə göndərmək barədə düşünməyib.
“Bəli, bunu edərdim. Mən onu ora göndərmək barədə heç vaxt düşünməmişdim, ağlıma belə gəlməmişdi. Amma bunu edəcəyəm. Sənədi Konqresə göndərəcəyəm”, - deyə ABŞ Prezidenti qeyd edib.
Trampın sözlərinə görə, bu fikir məhz müzakirələr zamanı yaranıb.
“Bu ideya xoşuma gəlir. Xahiş edirəm, onu Konqresə göndərin”, - deyə o əlavə edib.
Daha əvvəl Cənubi Karolinadan olan respublikaçı senator Lindsi Qrem bildirmişdi ki, ABŞ qanunvericiliyinə əsasən İranla bağlanacaq istənilən nüvə sazişi müzakirə və səsvermə üçün Konqresə təqdim olunmalıdır.
“Qanunvericiliyimizə əsasən İranla istənilən nüvə sazişi müzakirə və səsvermə üçün Konqresə göndəriləcək. Mən sənədin yekun variantını öyrənməyi səbirsizliklə gözləyirəm. Hesab edirəm ki, sazişin memarı olan vitse-prezident Vens və onun danışıqlardakı tərəfdaşları bu sənədin Konqresə təqdim olunması prosesində iştirak etməlidirlər”, - deyə senator vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az