Azərbaycan hərbçiləri "Qafqaz Qartalı - 2026" təlimində iştirak edirlər - FOTOLAR

2026/06/1781622348.jpg
Oxunub: 251     18:28     16 İyun 2026    
Tbilisi yaxınlığındakı Muxrovani hərbi bazasında Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının iştirakı ilə "Qafqaz Qartalı - 2026" birgə taktiki-xüsusi təliminin açılış mərasimi keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər iştirakçı dövlətlərdən yüksək səviyyəli qonaqlar iştirak ediblər.

Plana uyğun olaraq, əvvəlcə Azərbaycan, Türkiyə və Gürcüstanın müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər üç ölkənin Dövlət himnləri səsləndirilərək dövlət bayraqları qaldırılıb.

Açılış mərasimində çıxış edənlər qonaqları salamlayaraq, bu cür təlimlərin birgə fəaliyyətlərin planlaşdırılması və qarşılıqlı təcrübə mübadiləsi baxımından vacib rol oynadığını vurğulayıb, iştirakçılara uğurlar arzulayıblar.

Qeyd olunub ki, regionda təhlükəsizlik və müdafiə sahəsində üç tərəfdaş ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsini hədəfləyən bu təlim, bölmələrin döyüş hazırlığı imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-hərbçiləri   Qafqaz-Qartalı   2026  


Bizi "telegram"da izləyin