Ordu.az Ukrayna mediasına istinadən xəbər verir ki, Zelenski bu barədə Evian (Fransa) şəhərində keçirilən "Böyük Yeddilik" (G7) sammiti çərçivəsində Trampla görüşündən sonra jurnalistlərə bildirib.
"Mən bu məsələni qaldırdım, bu barədə Prezident Trampla danışdıq, komandalarımız işləyəcək. Ümid edirəm ki, bu dəfə müvafiq antiballistik sistemlərin və raketlərin istehsalı üçün lisenziyaları ala biləcəyik", – o bildirib.
Zelenski həmçinin bildirib ki, sammitin digər iştirakçıları ilə görüşləri zamanı Ukraynanın əlavə Hava Hücumundan Müdafiə (HHM) sistemlərinə ehtiyacı barədə danışıb:
"HHM məsələsində hər kəs kömək edəcək, G7-nin bütün iştirakçıları bizim müdafiəmizi gücləndirmək üzərində də işləyəcəklər. Biz həm sistemlər, həm də raketlər barədə danışdıq".
Ordu.az