Memorandumun imzalanma mərasimində Vens və Qalibaf iştirak edəcəklər

2026/06/1781536630.jpg
Oxunub: 229     17:39     16 İyun 2026    
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və ABŞ-nin vitse-prezidenti Cey Di Vens Vaşinqton ilə Tehran arasında memorandumun imzalanması mərasimində iştirak edəcəklər.

Ordu.az xəbər verir ki, bu barədə iyunun 16-da İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi bildirib.

“Amerika tərəfini Vens, İran tərəfini isə Qalibaf təmsil edəcək”, - deyə o, “Tasnim” agentliyinə bildirib.

İran xarici işlər nazirinin müavini qeyd edib ki, imzalanma mərasiminin bəzi detalları hələ yekunlaşdırılmayıb.

Mərasimin iyunun 19-da İsveçrədə keçirilməsi planlaşdırılır. Lakin sənədin elektron və ya ənənəvi üsulla imzalanacağı hələ dəqiq müəyyən edilməyib.

Təxt-Rəvançinin sözlərinə görə, razılaşma imzalandıqdan sonra diplomatik səviyyədə danışıqların yeni mərhələsi başlanacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   Qalibaf   Memorandum  


Bizi "telegram"da izləyin