Ordu.az xəbər verir ki, bu barədə Papikyan özü “Facebook” səhifəsində məlumat yayıb.
Papikyan bildirib ki, Ketrin Votren onu parlament seçkilərində qələbə münasibətilə təbrik edib.
“Ermənistan-Fransa əməkdaşlığının hazırkı vəziyyətini yüksək qiymətləndirdik və formalaşmış səmərəli tərəfdaşlığın daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğuladıq.
Söhbət zamanı ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın mövcud vəziyyətinə, onun inkişafı və dərinləşdirilməsinə, eləcə də regional və beynəlxalq təhlükəsizliklə bağlı bir sıra məsələlərə toxunduq”, - deyə Papikyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az