Medvedev: “Moldova və Ermənistan Ukraynanın seçdiyi yolla irəliləyir”

2026/06/1782314982.jpg
Oxunub: 346     19:31     24 İyun 2026    
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edib ki, Moldova və Ermənistan hazırda Ukraynanın seçdiyi yolla irəliləyir.

Ordu.az xəbər verir ki, bu barədə o, Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda çıxışı zamanı danışıb.

TASS agentliyinin məlumatına görə, Medvedev bildirib ki, SSRİ-nin dağılmasından sonra NATO Rusiyaya qarşı “zərbə qüvvəsi” kimi müxtəlif ölkələrdəki “kukla rejimlərdən” istifadə edib.

Onun sözlərinə görə, bu proses əvvəl Gürcüstanda, daha sonra isə 2014-cü ildə “rusofobiyanın mərkəzinə çevrilmiş” Ukraynada müşahidə olunub.

“Belə hal Gürcüstanda baş verdi, eyni vəziyyət Ukraynada yaşandı. Təəssüf ki, hazırda bu proses Moldova və hətta Ermənistanla bağlı da müşahidə olunur”, - deyə Medvedev bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Medvedev   Moldova   Ermənistan  


Bizi "telegram"da izləyin