Pakistan MMU-nun nümayəndə heyəti Azərbaycan HDQ-ni ziyarət edib - FOTOLAR

2026/06/1782314104.jpg
Oxunub: 249     19:08     24 İyun 2026    
Pakistan Milli Müdafiə Universitetinin (MMU) rəhbər və "Milli Təhlükəsizlik və Müharibə kursu-26"nın dinləyici və professor-müəllim heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrini (HDQ) ziyarət ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Burada nümayəndə heyəti ilə Azərbaycan HDQ komandanı kontr-admiral Şahin Məmmədov görüşüb.

Görüş zamanı qonaqlara qüvvələrin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Plana uyğun olaraq, HDQ-nin Dəniz Hərəkat Mərkəzində olan nümayəndə heyəti dənizdə baş verən fəaliyyətlərin monitorinqi, təhlükəsizlik tədbirləri, koordinasiyası və idarə olunması ilə tanış olublar.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   MMU   Azərbaycan   HDQ  


Bizi "telegram"da izləyin