Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, səfirlik dərhal ABŞ vətəndaşlarına təxirəsalınmaz yardım xidmətlərinin göstərilməsini bərpa edəcək. Digər xidmətlər isə mərhələli şəkildə yenidən fəaliyyətə başlayacaq.
Dövlət Departamentinin nümayəndəsi bildirib ki, ABŞ vətəndaşlarına göstərilən əsas konsulluq xidmətləri artıq əlçatan olacaq, digər istiqamətlər üzrə işlər isə tədricən genişləndiriləcək.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti mart ayında İranın pilotsuz uçuş aparatlarının ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən sonra Küveyt və Səudiyyə Ərəbistanındakı diplomatik nümayəndəlikləri hədəfə alması fonunda həmin ölkələrdəki səfirliklərin fəaliyyətini dayandırmışdı.
Sevinc Əliyeva
Ordu.az