"Medvedev" sözünə uyğun 22 nəticə tapıldı!

Cənubi Koreya prezidenti Medvedevlə KXDR problemini müzakirə edəcək

2017/11/150186544712312_1510639854.jpg
Oxunub: 636     14:09     14 Noyabr 2017    
Koreya Respublikasının prezidenti Mun Çje İn bu gün Manilada keçirilən ASEAN sammiti çərçivəsində Rusiyanın baş naziri Dmitri Medvedevlə görüşəcək.

Ordu.az “Yonhap news” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezidentinin adminstrasiyasının nümayəndəsi məlumat yayıb.

“Bu, Mun Çje İnin hakimiyyətə gəldiyi andan Rusiyanın baş naziri ilə keçirilən ilk görüşü olacaq”, - deyə adminstrasiya nümayəndəsi qeyd edib.

Onun sözlərinə görə, tərəflər Rusiya və Cənubi Koreya əlaqələrinin yaxşılaşdırılması imkanını, o cümlədən KXDR-in raket-nüvə probleminin həllində birgə əməkdaşlıq məsələsini müzakirə edəcəklər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   KXDR   Nüvə