Niderlandın keçmiş müdafiə naziri Avropanın Xarici Əlaqələr Xidmətinə rəhbərlik edəcək

2026/06/1782324243.jpg
Oxunub: 213     21:47     24 İyun 2026    
Niderlandın keçmiş müdafiə naziri Kaysa Ollonqren Avropa Xarici Əlaqələr Xidmətinin (EEAS) yeni baş katibi olacaq.

Ordu.az xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, Ollonqren dövlət vəzifələrində, diplomatiya və idarəetmə sahələrində 30 illik iş təcrübəsinə malikdir. O cümlədən, Niderlandın müdafiə naziri, daxili işlər naziri və Niderlandın Ümumi İşlər Nazirliyinin baş katibi vəzifələrində çalışıb.

"Onun liderlik keyfiyyətləri qarşımızda duran çağırışların həllində böyük rol oynayacaq. Mən birgə işləməyi səbirsizliklə gözləyirəm", - Kallas vurğulayıb.

K.Ollonqren bu il sentyabrın 1-də rəsmən EEAS-ın baş katibi vəzifəsinin icrasına başlayacaq.

Kallas həmçinin Fransanın NATO-dakı sabiq daimi nümayəndəsi Devid Kvaçanı EEAS-ın müdafiə və təhlükəsizlik məsələləri üzrə baş nümayəndəsi təyin edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland   Avropa  


Bizi "telegram"da izləyin