ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir

2026/06/1780558758.jpg
Oxunub: 264     20:55     24 İyun 2026    
ABŞ Prezidenti Donald Trampın administrasiyası Konqresin etirazlarına baxmayaraq, Türkiyəyə yüz milyonlarla dollar dəyərində reaktiv mühərriklərin satışını təsdiqləməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən bildirib.

Söhbət Ankaranın müdafiə sahəsində özünütəminat qabiliyyətini artırmaq səyləri çərçivəsində 2016-cı ildə başlanmış irimiqyaslı layihə olan ilk Türkiyə qırıcı təyyarəsi "Kaan"da istifadə olunacaq "General Electric" mühərriklərindən gedir.

Mənbələrdən birinin məlumatına görə, paketin dəyəri 700 milyon dollardan çox ola bilər.

Sövdələşmə bu ilin iyul ayında keçiriləcək NATO sammiti ərəfəsində atılmış mühüm addım kimi qiymətləndirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Türkiyə   Kaan  


Bizi "telegram"da izləyin