Erməni siyasi xadim iki aylıq həbs edilib

2026/06/1782314900.jpg
Oxunub: 260     19:26     24 İyun 2026    
Ermənistanın “Hayakve” birliyinin koordinatoru Avetik Çalabyan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ordu.az xəbər verir ki, bu barədə jurnalistlərə Çalabyanın vəkili Varazdat Harutyunyan məlumat verib.

Erməni vəkilin sözlərinə görə, məhkəmə Avetik Çalabyanın iki ay müddətinə həbs olunmasına qərar verib.

Xatırladaq ki, bu gün səhər saatlarında İstintaq Komitəsinin əməkdaşları Avetik Çalabyanın mənzilində axtarış aparıb, daha sonra onu saxlayıblar.

Avetik Çalabyana qarşı nəzarətçi prokurorun qərarı ilə Ermənistan Cinayət Məcəlləsinin 43-210-cu maddəsinin 2-ci hissəsinin 5-ci və 6-cı bəndləri üzrə ictimai cinayət təqibi başlanıb.

O, vəzifə səlahiyyətlərindən və ya həmin səlahiyyətlərin yaratdığı təsir imkanlarından istifadə etməklə bir qrup şəxs tərəfindən əvvəlcədən razılaşdırılmış şəkildə seçki hüququnun həyata keçirilməsinə mane olmaq məqsədilə hazırlıq görməkdə ittiham olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Çalabyan   Həbs  


Bizi "telegram"da izləyin