Ordu.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Türkiyə Cənubi Qafqazda gedən sülh prosesini sonadək dəstəkləyir:
"Ümid edirəm ki, Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında davamlı və səmimi bir sülh bərqərar olacaq. Qiyamətədək bu torpaqlar, Qafqaz sülhün, əmin-amanlığın və sabitliyin hökm sürdüyü bir bölgə kimi formalaşacaq".
Ordu.az