“The Atlantic”: Ukraynaya yardımın koordinasiyası ilə məşğul olan NATO komandanı istefaya gedəcək

2026/06/1782285203.jpg
Oxunub: 243     11:08     24 İyun 2026    
ABŞ-nin Avropa və Afrikadakı qoşunlarının, eləcə də NATO-nun quru qoşunlarının komandanı Kristofer Donahyu bu yay istefaya gedəcək.

Ordu.az xəbər verir ki, bu barədə “The Atlantic” nəşri məlumat yayıb.

Məqalədə bildirilir ki, Donahyu müharibə naziri Pit Heqsetin Silahlı Qüvvələrin ali rəhbərliyində həyata keçirdiyi kadr dəyişikliklərinin növbəti qurbanına çevrilib.

Nəşrin yazdığına görə, cəmi 18 ay bu vəzifədə çalışan Donahyunun gözlənilməz gedişi ABŞ-də baş verən dəyişikliklərin daha bir göstəricisidir.

Məqalə müəllifləri qeyd edirlər ki, istefanın səbəbi Heqsetin 2021-ci ildə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması əməliyyatı ilə əlaqəsi olmuş hərbçilərdən uzaqlaşmaq istəyi ilə bağlı ola bilər.

Xatırladılır ki, həmin vaxt Əfqanıstanı tərk edən sonuncu amerikalı hərbçi məhz Kristofer Donahyu olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   NATO  


Bizi "telegram"da izləyin