Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.
Nəşr xatırladıb ki, mayın 26-da Ararat Mirzoyan ABŞ dövlət katibi Marko Rubio ilə Zvartnots hava limanında qısa görüş keçirib.
“Həmin görüş zamanı bir sıra sənədlər imzalanmışdı. Görüşdən bir neçə gün sonra isə ABŞ səfirliyi vasitəsilə dövlət katibi adından Ararat Mirzoyana ünvanlanmış protokol hədiyyələri Ermənistana çatdırılıb”, - deyə nəşr qeyd edib.
Bildirilir ki, söhbət boşqab və kasadan ibarət hədiyyədən gedir.
“Bu hədiyyələr Xarici İşlər Nazirliyinə iyunun 10-da daxil olub. Hədiyyələrin dəyəri ilə bağlı Korrupsiyanın Qarşısının Alınması Komissiyasından əldə etdiyimiz məlumata görə, boşqab və kasa “Salisbury Pewter” markasına məxsusdur və qalaydan hazırlanıb. Boşqabın dəyəri 175 min 200 dram, kasanın dəyəri isə 91 min 280 dram olaraq qiymətləndirilib”, - deyə məqalədə qeyd olunub.
Nəşr vurğulayıb ki, yüksək vəzifəli dövlət məmurlarının aldıqları bahalı hədiyyələri bəyan etməsi qanunvericiliyin tələbidir.
Alpər Mövludoğlu
Ordu.az