Ordu.az "Akorda"ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Mediterranean Shipping Company" (MSC) şirkətinin vitse-prezidenti Eduard Ziqrist ilə görüşdə bildirib.
Onun sözlərinə görə, vahid tarif modelinin hazırlanması ilə yanaşı, tərəflər bir sıra əsas infrastruktur layihələrini, o cümlədən Xəzər dənizində yük gəmiləri donanmasının genişləndirilməsini, Azərbaycanla birlikdə dibdərinləşdirmə işlərinin aparılmasını, eləcə də Kurık limanının modernləşdirilməsini həyata keçirirlər.
Bununla yanaşı, tərəflər nəqliyyat və logistika sahələrində əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Xüsusi diqqət konteynerləşdirmə səviyyəsinin artırılmasına yönəldilib ki, bunun da yük dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasına töhfə verəcəyi gözlənilir.
K.Tokayev dünyanın aparıcı konteyner daşıma şirkətlərindən birinin Qazaxıstan bazarında iştirakını yüksək qiymətləndirərək, bu gün Orta Dəhlizin inkişafının ölkə üçün strateji prioritet olduğunu qeyd edib.
Ordu.az