"Taliban nümayəndələri görüş rejimin tanınması kimi qəbul edilməməlidir" - Lammert

2026/06/1782227380.jpg
Oxunub: 195     19:01     23 İyun 2026    
Brüsseldə Avropa Komissiyası ilə Taliban nümayəndələri arasında keçirilən texniki görüşdə bəzi əfqanların vətənlərinə qaytarılması məsələsi müzakirə edilir və bu, Əfqanıstan rejiminin Aİ tərəfindən tanınması istiqamətində atılan addımlar kimi qəbul edilməməlidir.

Ordu.az xəbər verir ki, bunu Avropa Komissiyasının sözçüsü Markus Lammert bildirib.

O, j Brüsselə gələn Taliban nümayəndə heyəti ilə danışıqların müxtəlif aspektləri ilə bağlı suallara cavab olaraq bildirib ki, Avropa İttifaqının Əfqanıstanın de-fakto hakimiyyəti ilə işgüzar əlaqələri olması rejimin tanınması demək deyil. O, görüşlə bağlı sualları ətraflı cavablandırmaqdan imtina edib.

Lammert qeyd edib ki, texniki görüşlər baş tutana qədər onlar barədə heç nə deyə bilməzlər. Lammert bunu təhlükəsizliklə əlaqələndirib.

Onun sözlərinə görə, Əfqanıstanın "de-fakto hakimiyyəti" ilə əlaqələr bir müddətdir mövcuddur və ilk görüş yanvar ayında Əfqanıstanda baş tutub:

"20 Aİ üzv dövlətinin xahişi ilə Avropa Komissiyası ağır cinayətlər törətmiş və Aİ ölkələrinin təhlükəsizliyinə təhdid yaradan əfqanların repatriasiyasının təşkili üçün koordinator rolunu öz üzərinə götürüb. Repatriasiyanın özü Aİ üzv dövlətlərinin qərar verməli olduğu məsələdir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Taliban  


Bizi "telegram"da izləyin