“Fars”: Hörmüz boğazından hər gün məhdud sayda gəmi keçə biləcək

2026/06/1782221797.jpg
Oxunub: 197     17:36     23 İyun 2026    
İran Silahlı Qüvvələri Hörmüz boğazını açsa da, gündəlik keçid edən gəmilərin sayı məhdudlaşdırılacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Fars” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, boğazdan keçid üçün verilən icazələrin sayı hər gün mövcud vəziyyət və şəraitdən asılı olaraq dəyişəcək.

Mənbə bildirib ki, keçidlərə nəzarət davam etdiriləcək və icazələrin sayı təhlükəsizlik amilləri nəzərə alınmaqla müəyyən ediləcək.

İran rəsmiləri məsələ ilə bağlı hələlik əlavə təfərrüatlar açıqlamayıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   İran  


Bizi "telegram"da izləyin