“Adnkronos”: Trampla münaqişədən sonra Meloninin reytinqi artıb

2026/06/1782221537.jpg
Oxunub: 213     17:28     23 İyun 2026    
İtaliyanın Baş naziri Corcia Meloninin reytinqi ABŞ Prezidenti Donald Trampla yaşadığı qarşıdurmadan sonra yüksəlib.

Ordu.az xəbər verir ki, bu barədə “Adnkronos” agentliyi “Demopolis” ictimai rəy institutunun məlumatlarına istinadən xəbər yayıb.

Araşdırmaya görə, son 48 saat ərzində Meloniyə dəstək səviyyəsi may ayında qeydə alınmış 38 faizdən 40 faizə yüksəlib.

Eyni zamanda, Donald Trampın İtaliya ictimaiyyəti arasındakı reytinqi son 18 ay ərzində 42 faizdən 11 faizə qədər geriləyib.

Nəşr qeyd edir ki, Trampın İtaliyaya yönəlmiş tənqidləri Meloninin populyarlığının azalması tendensiyasını dayandırıb.

Xatırladaq ki, ötən həftə Tramp və Meloni qarşılıqlı sərt bəyanatlar səsləndiriblər. ABŞ Prezidenti İtaliya hökumət başçısını nankorluqda ittiham edib və onun G7 sammitində çəkilmiş birgə fotoşəkildən siyasi məqsədlərlə istifadə etdiyini bildirib.

Meloni isə cavab olaraq Trampa öz reytinqi barədə düşünməyi tövsiyə edib və ABŞ lideri ilə dostluğun onun populyarlığını artırmadığını vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Meloni  


Bizi "telegram"da izləyin