Tramp: “Bir gündə Hörmüz boğazından 19 milyon barel neft daşınıb”

2026/06/1781943648.jpg
Oxunub: 197     15:41     23 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp iyunun 22-də Hörmüz boğazından rekord həcmdə neft daşındığını açıqlayıb.

Ordu.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, həmin gün boğaz vasitəsilə təxminən 19 milyon barel neft nəql olunub.

“Dünən Hörmüz boğazından 19 milyon barel neft daşınıb. Bu, mütləq rekord göstəricidir. Neft qiymətləri aşağı düşür və dünya daha təhlükəsiz olur”, - deyə ABŞ lideri bildirib.

Tramp hesab edir ki, enerji daşımalarının artması qlobal bazarlarda sabitliyə müsbət təsir göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin