Məsud Pezeşkian Pakistanda səfərdədir

2026/06/1782218800.jpg
Oxunub: 164     16:27     23 İyun 2026    
İran Prezidenti Məsud Pezeşkian Pakistanın paytaxtı İslamabadda səfərdədir.

Ordu.az xəbər verir ki, məlumatı "Mehr" informasiya agentliyi yayıb.

Bildirilib ki, onu Pakistan Prezidenti Asif Əli Zərdari, Baş nazir Şahbaz Şərif qarşılayıb.

Məlumata görə, səfər Pakistanın Baş naziri Şahbaz Şərifin dəvəti ilə reallaşıb.

Səfərdən öncə Məsud Pezeşkian bildirib ki, bu səfər Pakistan hökumətinin İran və ABŞ arasında anlaşma memorandumunu əlaqələndirmək və yekunlaşdırmaq üçün göstərdiyi böyük səylərin nəticəsidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pezeşkian   Pakistan  


Bizi "telegram"da izləyin